Zükür Bayram


Rzayev Bayram Sarı oğlu (Zükür) 1928-ci ildə Tovuz rayonun Bayramlı kəndinə anadan olmuşdur.
O, 1937-ci ildə Bayramlı kənd yeddiillik məktəbinin  birinci sinifinə daxil olmuş, 1944-cü ildə həmin məktəbi bitirmişdir.
O, 1948-ci ildə hərbi qulluğa çağrılmış və oradan qayıtdıqdan sonra təhsilini davam etdirərək tam orta təhsil almışdır. Hələ orta məktəbdə oxuduğu zaman ən çox şifahi ədəbiyyatla maraqlanmışdır.
Rzayev Bayram (Zükur) Aşıq Ələsgər , Bozalqanlı Aşıq Hüseynin şelərini sevə-sevə oxumuş və əzbərləmişdir. Şer yazmağa həvəs elə o vaxtdan , orta məktəbdən  oyanmışdır. O şerlərini “Zükür” təxəllüsü ilə yazmağa başlamışdır. Onun serləri xalq arasında yayılmış və el məclislərində aşıqlar tərəfindən hələdə oxunmaqdadır. Müxtəlif janrlarda qələmə alınmış şerləri əsasən Tovuz ləhcəsində yazılmışdır.
Şerlərində əsasən dostluq, mərdlik, saf məhəbbət və s. bu kimi müsbət xüsusiyyətlər tərənnüm olunur.










QOCALANDA

Əzəl nəzərdən salmasın
O biri tari qocalanda.
Ölüncə əldən almasın,
İxtiyari qocalanda.

                Sirr sözünü deyəmməyə
                Libasını geyəmməyə
                Zülm odur, bəynməyə,
                Yarda yarı qocalanda.

Həmişə dildə əzbərin
Zükur, sözün düşün dərin.
Necə olar simuzərin
Xiridarı qocalanda
































Hiç yorum yok: