Abdal Abdullayev



                   OLMADI

Əzəl gündən dərd çəkməyə yarandım
Sevin
ən şadlanan günüm olmadı
N
ə qədər yalvardım qara bəxdimə
Amansız talehdən dönüm olmadı

 

Yanan arzuların söndü ocağı
S
ənsiz qərib oldu vətən qucağı
D
əydi kürəyimdən dostun bıçağı
M
ənə düşmənlərim qənim olmadı

 

Soldu gəncliyimin bağça bağları
Ç
əkildi sinəmə sevgi dağları
Q
əmginəm ömrümün bədbəxt çağları
T
əzədən başladı sonum olmadı

 

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

                 

                    KEÇİB

Yaxşılığ edəndə qaxırığ başa
Yaxşılığ bizl
ərə yamannan keçib
Yoncanın hörm
əti qalmayıb daha
Ulaq qış ötürüb samannan keçib

 

Adil zülmə gedir zalım əhv olur
Ya hakim s
əf düşür zaman səhv olur
Gümannan yaşıyan ölür m
əhv olur
Gümansız yaşayır gümannan keçib

 

Azdımı arada söz eyliyiənlər
Yandırıb bağrımı köz eyliyi
ənlər
Namusa qeyr
ətə göz eyliyiənlər
Siğ
ə qardaş olur tumannan keçib

 

Ağıllar kir tutub vijdanlar paxır
Onçun başımıza ildırım çaxır
Cavanlar caz üçün süzülüb axır
Sazdan muğamatdan kamannan keçib

 

Payım günah oldu fitrəm savabsız
İndi çox suallar qalır cavabsız
T
əməlsiz allahsız dinsiz kitabsız
Mömin şeytan olub imandan keçib

 

Qəmgin söz öyrənib hikmət soraxla
G
əzsəndə tapmazsan əldə çıraxla
Qoca tarixl
əri bir bir varaxla
Gör neç
ə dahilər cahannan keçib

 

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

 

 İki şairin eloğlunun məhəbbət yanğısı

 Sevgi dasdanı

 DÜŞDÜM

 

ŞAHLAR QƏRİBLİ:

Əzəldən mənimki heç gətirmədi
N
əhs olan aylara illərə düşdüm
Bir eşqin ucunnan n
ələr çəkmədim
G
əzdim məcnun kimi çöllərə düşdüm

 

ABDAL QƏMGİN:

Əl üzmədim sevdiyimin əlindən
Əlimdən tutmayan əllərə düşdüm
Vurdu qafil m
əni dosdun namərdi
Yüz min fitn
ələrə fellərə düşdüm

 

ŞAHLAR QƏRİBLİ:

Ömür yarı oldu ağartdım başı
Güldü bu halıma anlamaz naşı
Heç vaxt qurumadı gözümün yaşı
Özüm göz yaşımda sell
ərə düşdüm

 

ABDAL QƏMGİN:

Gəncliyimin dadı qaldı nə duzü
Qış olan könlümün açılmır buzu
Aldılar
əlimnən sevdiyim qızı
Beş il q
ərib qürbət ellərə düşdüm

 

ŞAHLAR QƏRİBLİ:

Qırılmadı bu həsrətin inadı
Yaralarım sağalmadı qanadı
Q
əribli Şahları çoxu qınadı
Ağızdan ağıza dill
ərə düşdüm

 

ABDAL QƏMGİN:

Qəmginəm dərd adlı bir qala yapdım
Sökdüm ilm
ə ilmə ömrümü çapdım
Sonunda bir ür
əy ağrısı tapdım
Diln
ən ağlanası hallara düşdüm

 

 

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

 

      

                     KEÇİB

Uçub zirvələrə şair xəyalım
Neç
ə dağ dolanıb dumannan keçib
G
əzirəm tapmıram itirdiyimi
Kəsilib umudum gumannan keçib

 

Talehim çaş baxdı çaş ötdü getdi
Saç sakqal ağardı baş ötdü getdi
Hayıf cavanlığa yaş ötdü getdi
Sən görən devrannan zamannan keçib

 

Qəmgin məhəbbətdən çoşdu çağladı
Nakam sevgisinə dasdan bağladı
Ömür başa yetdi əcəl haxladı
Daha yalvarmaxdan amannan keçib

 

 

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

 

      

ƏZİZİM

Qartal vurulsada yenə qartaldı
Şöhr
əti zirvədən enmir əzizim
Əsil aşiqləri yandırib yaxır
Məhəbbət atəşi sönmür əzizim

Xəyalnan uyuyub dərtlə durmuşam
Ömrün yarısını başa vurmuşam
Baxmaki ayrı bir h
əyat qurmuşam
Ür
əyim yenədə dönmür əzizim

Qəmginəm dərd xanəsinə quruldum
Əzablara göz yummaxdan yoruldum
Xain dosdun güll
əsinnən vuruldum
İncidir ağrısı dinmir
əzizim

 

 

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

 

 Qeyrətsiz 


Söz g
ətirib söz aparıb
Ara vurursan qeyr
ətsiz
Vijdanını pula satıb
Para vurursan qeyr
ətsiz

 

Fərsiz ata naqis baba
Söyürs
ən yediyin qaba
Ağlın çaşır gah mizraba
Tara vurursan qeyr
ətsiz

 

Gədalıxdı varın yoxun
Zaydı kökün bijdi zoğun
Anlıyarsan peys
ər yoğun
Hara vurursan qeyr
ətsiz


Dilin qandı sözün qada
Yerin yoxdu bu dünyada
Utanmırsan t
əmiz ada
Qara vurursan qeyr
ətsiz

 

Sən qəmgini etmə fikir
Adım sanım düzdü şükür
M
ənniyinə balta çəkir
Yara vurursan qeyr
ətsiz

 

 

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

 

Bilər

Aşiq pərvanədir sevgisi şəmdir
Alışıb oduna yananlar bil
ər
M
əcnunun leylanın nə çəkdiyini
Fərhadı şirini qananlar bilər

 

Məhəbbət ürəyi ürəyə bağlar
T
əlatüm eyləyir sel kimi çağlar
K
ərəm nalə çəkər əsli qan ağlar
T
ərsanın dərdini sənanlar bilər

 

Qəmginəm gəncliyi vermişəm bada
Ömür yollarımı tutdu qan qada
Sevgi
əzabını qoca dünyada
M
ənim tək ürəyi sınanlar bilər

 

 

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

 

 

OLARMI

Cənnətə bənzəyir behiş bağıdır
G
əlim qucağında ölüm olarmı
Bülbül h
əsrət çəkir bahar çağıdır
Qoynun çəmənzardı gülüm olarmı

 

Sevgini satmayağ söhbətə sözə
Yandır n
əfəsinlə atəşə közə
Bir aylı gec
ədə baxağ göz gözə
Toxunsun
əlinə əlim olarmı

 

Xatirin hörmətin əzizdir canan
Sevgi
əsirgəmə qəlbi yanannan
Dil açım ist
əyim ata anannan
Özüm elçiliy
ə gəlim olarmı

 

Qəmginəm qayıt gəl ötdü devranım
Haradasan ay m
ənim sevgi sultanım
K
ərəmtək eşqinlə yanım odlanım
Sovrulsun göyl
ərə külüm olarmı

 

 

 

 


Hiç yorum yok: